Bu, Putinin son şansıdır - Rusiyada hər şey dəyişəcək

Hazırda oxunan: Bu, Putinin son şansıdır - Rusiyada hər şey dəyişəcək

627539
Tanınmış rusiyalı iqtisadçı Mixail Xazin hesab edir ki, Rusiya hələ də modernləşmə yolu ilə gedə və mövcudluğunun liberal modelindən imtina edə bilər.
 
Ekspertin fikrincə, bunun üçün ölkənin Maliyyə Nazirliyi və Rusiya Mərkəzi Bankı kimi iqtisadiyyat üçün vacib qurumlarda bütün idarə heyətini tamamilə dəyişdirmək lazımdır.
 
 
"Putinin ölkənin inkişafının mövcud paradiqmasını, modeli dəyişdirməyə cəhd edə biləcəyi kiçik bir fürsət pəncərəsi var. Əslində, xalqın dövlət başçısına dəstəyinin növbəti sürətli yüksəlişini nəzərə alsaq, prezidentin dövlət aparatının və ümumilikdə bürokratiyanın təmizlənməsi istiqamətində ən radikal addımlar atmaq şansı var. Hakimiyyət üçün heç bir səmərəsi olmayan və ölkəyə düşmən kəsilən rəhbər şəxslər iqtidarı tərk etməlidir”, - Xazin qeyd edib.
 
İqtisadçının fikrincə, Putin özü anlayır ki, əgər o, hazırkı liberal elita ilə açıq qarşıdurma elan etmək qərarına gəlsə, o zaman bu, onun vəziyyəti kökündən dəyişmək üçün son şansı olacaq: “Əgər onu əldən verirsə və ya həyata keçirə bilmirsə, o zaman növbəti dəfə yeni modelə keçmək imkanı olmaya bilər”. /Publika.az/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin