ABŞ və Ukrayna atəşkəsin yeni variantını müzakirə etdi - FOTO

Hazırda oxunan: ABŞ və Ukrayna atəşkəsin yeni variantını müzakirə etdi - FOTO

627538

ABŞ və Ukrayna nümayəndələri hava məkanında atəşkəsin təmin olunmasına dair yeni təşəbbüsü müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
 

Məlumata görə, hazırlanan təklif növbəti sülh danışıqları çərçivəsində Rusiya tərəfinə təqdim ediləcək. Təşəbbüsün əsas məqsədi hava hücumlarının dayandırılması və münaqişənin gərginliyinin azaldılmasıdır.


Reuters-in yazdığına görə, çərşənbə axşamı Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi planlaşdırılır.

Bildirilir ki, görüşdə Ukraynadakı müharibə, sülh danışıqları və mümkün atəşkəs mexanizmləri əsas müzakirə mövzuları olacaq.

Hələlik Rusiya tərəfi bu təşəbbüslə bağlı rəsmi mövqe açıqlamayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin