Rostov vilayətində 89 sərnişin qatarının hərəkəti İFLİC OLDU

Hazırda oxunan: Rostov vilayətində 89 sərnişin qatarının hərəkəti İFLİC OLDU

627529

Rusiyanın Rostov vilayətində əlverişsiz hava şəraiti səbəbindən 89 sərnişin qatarının hərəkətində gecikmələr yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları (RJD) məlumat yayıb.

Bildirilib ki, qatarların bəzilərində gecikmə müddəti 8 saata çatır.

Məlumata görə, güclü külək və leysan yağışları Rostov-na-Donu şəhərində dartı yarımstansiyasının və qatarların hərəkətini tənzimləyən avtomatik sistemlərin fəaliyyətinin dayanmasına səbəb olub.
 

Xatırladaq ki, ötən gün Rostov vilayətində yağan güclü yağışlar bir sıra rayonlarda elektrik və su təchizatında fasilələr yaradıb.


Rusiya Dəmir Yollarının açıqlamasına əsasən, hazırda dartı yarımstansiyalarının fəaliyyəti tam bərpa olunub. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 100-dən çox dəmiryol işçisi, bir bərpa qatarı və 10 xüsusi texnika cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin