Küveyt İrana qarşı zərbələrdə iştirak etməsi barədə iddiaları təkzib etdi

Hazırda oxunan: Küveyt İrana qarşı zərbələrdə iştirak etməsi barədə iddiaları təkzib etdi

627502

Küveyt hakimiyyəti ölkənin İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı yayılan məlumatları qəti şəkildə təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə Küveytin ABŞ-dakı səfiri Şeyxa Əz-Zeyn Əl-Sabah açıqlama verib.

Səfir bildirib ki, bəzi KİV-lərdə yer alan Küveytin İrana qarşı hərbi kampaniyada iştirak etməsi və İslam Respublikasının ərazisinə zərbələr endirməsi ilə bağlı xəbərlər "tamamilə yalandır".

Onun sözlərinə görə, Küveytin hava məkanı və ərazi suları heç bir hücum xarakterli hərbi əməliyyatın həyata keçirilməsi üçün istifadə olunmayıb.
 

Əl-Sabah vurğulayıb ki, Küveyt hərbi əməliyyatlara qarışmamaq prinsipinə sadiqdir. O qeyd edib ki, bu mövqe ölkənin suverenliyə hörmət və regional silahlı münaqişələrdə iştirakdan yayınmaq prinsiplərinə əsaslanan xarici siyasət kursunu əks etdirir.


Xatırladaq ki, daha əvvəl The Wall Street Journal qəzeti Bəhreyn və Küveytin ayın əvvəlində gizli şəkildə İrandakı hədəflərə zərbələr endirmək üçün qırıcı təyyarələr göndərdiyini yazmışdı. Həmçinin bildirilirdi ki, Vaşinqton və Tehran arasında döyüş əməliyyatlarının yenidən başlanmasından sonra Küveyt ərazisi dəfələrlə İranın hücumlarına məruz qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin