İranın nəzarətində olduğu iddia edilən qaçaqmalçılıq şəbəkəsinin kiçik qayıqlarla Böyük Britaniyaya "gizli agentlər" daşıdığı bildirilir.
Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın The Telegraph qəzeti iranlı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Böyük Britaniya hüquq-mühafizə orqanları daha əvvəl İran kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən şəxsləri ölkəyə qayıqlarla daxil olmağa cəhd edərkən saxlayıblar.
Qəzetin həmsöhbəti olan britaniyalı yüksəkvəzifəli məmur bildirib ki, Londonda yaşayan İran diasporunun radikallaşması ölkənin milli təhlükəsizliyi üçün qeyri-qanuni miqrasiyadan daha ciddi təhlükə hesab olunur.
Bizim.Media




































































































