Rusiyalı milyarder Mixail Fridman Niderlanda qarşı beynəlxalq investisiya arbitrajı başladıb.
Bizim.Media xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.
Məlumata görə, iş adamı Niderlandı investisiyalarını qanunsuz müsadirə etməkdə (ekspopriasiya) ittiham edir. O, dəymiş ziyanın məbləğinin məhkəmə araşdırmaları zamanı müəyyən ediləcəyini bildirib.
Qeyd edək ki, Mixail Fridman 2022-ci il fevralın 28-də Qərbin sanksiyalar siyahısına daxil edilib.
2024-cü ilin avqustunda o, dondurulmuş aktivlərinə görə Lüksemburqa qarşı 16 milyard ABŞ dolları məbləğində arbitraj iddiası qaldırmışdı. 2025-ci ilin noyabrında isə Fridmanın Böyük Britaniyaya qarşı daha bir arbitraj prosesinə başladığı məlum olub. Həmin iş üzrə detallar açıqlanmayıb.
Bizim.Media




































































































