Vens: “Vaşinqton və Tehran arasında münaqişə yenidən kəskinləşə bilər”

Hazırda oxunan: Vens: “Vaşinqton və Tehran arasında münaqişə yenidən kəskinləşə bilər”

627497

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqton və Tehran arasında münaqişənin yenidən kəskinləşə biləcəyindən narahatdır.

Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən xəbər yayıb.
 

Məlumata görə, bundan əvvəl The New York Times ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi kampaniyanın genişləndirilməsi planlarını təxirə saldığını yazıb.


Bildirilir ki, Tramp mümkün eskalasiyanın ABŞ-ın raket və sursat ehtiyatlarını təhlükəli səviyyədə azalda biləcəyindən ehtiyat edir.

Axios nəşrinin məlumatına əsasən, iyulun 24-də Omandan olan nümayəndə heyəti danışıqlar aparmaq üçün Tehrana səfər edib. Bundan sonra Donald Tramp İrana qarşı yeni zərbələrin endirilməməsi barədə göstəriş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin