Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın ABŞ Senatında Rusiyaya qarşı tətbiq ediləcək "cəhənnəm sanksiyaları" haqqında qanun layihəsinin səsverməsini pozmağa cəhd göstərə biləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa bildirib.
O xatırladıb ki, son illərin təcrübəsi göstərir: hər dəfə, xüsusilə ABŞ tərəfindən Rusiyaya qarşı yeni genişmiqyaslı sanksiyalar gündəmə gələndə, Vladimir Putin vaxt qazanmaq üçün bütün imkanlardan istifadə edir.
"Onun ən sevimli silahı saxta diplomatiya, səmimiyyətdən uzaq telefon danışıqları və formal xarakter daşıyan görüşlərdir", – deyə Sibiqa vurğulayıb.
Nazir sanksiya təzyiqinin artırılmasının təkcə vaxtında atılan addım deyil, həm də Kremlin müharibəni real şəkildə dayandırmağa məcbur edilməsi üçün həyati əhəmiyyət daşıdığını qeyd edib.
Xatırladaq ki, ABŞ Senatının Rusiyaya qarşı yeni sanksiyalar nəzərdə tutan qanun layihəsini gələn həftə müzakirəyə çıxara biləcəyi bildirilir.
Bizim.Media




































































































