ABŞ-ın Nyu-York şəhərində supermarketin qarşısında atışma baş verib.
Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, silahlı insident nəticəsində çiynindən güllə yarası alan Linkoln adlı oğlan ölüb. 12 yaşlı yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Atışma zamanı daha iki nəfər isə yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir.
Bizim.Media




































































































