Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

Hazırda oxunan: Kiyevə ballistik raket zərbələri endirildi - Dağıntılar var - VİDEO

627491

İyulun 26-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərini ballistik raketlərlə vurub.

Bizim.Media xəbər verir ki, şəhərin bəzi yerlərində yanğın müşahidə edilib.

Kiyev şəhər meri Vitali Kliçko Teleqram səhifəsində yazıb ki, hava zərbələri zamanı zərərsizləşdirilən raketin qalığı Şevçenko rayonunda 18 mərtəbəli binanın üzərinə düşüb, nəticədə 7-ci və 8-ci mərtəbələrdə yanğın başlayıb.

Eləcə də, Solomensk rayonunda qeyri-yaşayış binasında yanğın baş verib. Desnyanski rayonunda isə avtomobillər və dayanacaqlar yanıb.

Təcili yardım xidmətləri hadisə yerinə göndərilib.

 

 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin