Rusiya ordusu Nikolayev limanında Ukrayna yük gəmisinə zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, havadan atılan dəqiq idarə olunan raket və dronlarla Ukrayna Silahlı Qüvvələri üçün təchizat daşıyan yük gəmisinə zərbə endirib.
Məlumatda Rusiya ordusunun Ukrayna Hərbi Dəniz Qüvvələrinin CV-90 sürətli desant gəmisinə də hücum etdiyi bildirilir.
Rusiya ordusu bundan başqa Çornomorsk limanındakı hərbi yük anbarlarına da zərbə endirib.
Bizim.Media







































































































