Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

Hazırda oxunan: Tokayev Putini Ukrayna ilə münaqişəni dondurmağa çağırıb

627425

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini Rusiya-Ukrayna münaqişəsini dondurmağa və İstanbuldakı danışıqlara qayıtmağa çağırıb.

Bizim.Media "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə K.Tokayev bu gün Omskda Putinlə görüşündə deyib.

"Bəlkə də, artıq bu münaqişəni dondurmağa və İstanbul formulu 2.0-a qayıtmağa dəyər, çünki orada əhəmiyyətli nəticələr əldə edilmişdi", - Qazaxıstan Prezidenti bildirib.

Rusiya mediasının məlumatına görə, K.Tokayev görüşdə qeyd edib ki, Qazaxıstan Moskva və Kiyev arasındakı münaqişənin nizamlanması üçün vasitəçi olmaq niyyətində deyil:

"Qazaxıstan kənar ölkə deyil, lakin eyni zamanda, bütün təklif və çağırışlara baxmayaraq, mən vasitəçi olmaqdan qəti şəkildə imtina edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin