Britaniyanın baş nazirləri belə ələ salındı – VİDEO

Hazırda oxunan: Britaniyanın baş nazirləri belə ələ salındı – VİDEO

627054

ABŞ-ın axşam televiziya şoularından birində Böyük Britaniyada baş nazirlərinin tez-tez dəyişməsi satirik şəkildə təqdim olunub.

Bizim.Media xəbər verir ki, proqramda son 10 ildə ölkədə yeddi baş nazirin dəyişməsi zarafat mövzusuna çevrilib.

Səhnəcikdə aparıcı yeni baş nazirlə söhbətə başlayır. Lakin müsahibə davam etməmiş baş nazir dəyişir və onun yerinə başqa biri gəlir. Bu hal bir neçə dəfə təkrarlanır.

Veriliş müəllifləri bu yolla Böyük Britaniyada hökumət başçılarının tez-tez dəyişməsinə ironik münasibət nümayiş etdiriblər.

Satirik səhnə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin