Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?

Hazırda oxunan: Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?

627066

Pullarını nağdlaşdırmaq istəyən insanlar bankomatlarda bəzi çətinliklə qarşılaşırlar. Onlardan biri yaranan növbələrdirsə, digəri bankomatda istənilən məbləğdə əskinasların olmamasıdır. Belə ki, nağdlaşdırma zamanı tez-tez rast gəlinən problem bütün pulu nağdlaşdırmaq üçün vəsaitin yoxluğu və bir, beş manatlıq əskinasların məhdudluğudur.

Bu nədən qaynaqlanır? Nağd pul çatışmazlığı problemi varmı?

Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı, hüquqşünas Əkrəm Həsənov deyib ki, bu, nağd pul çatışmazlığı problemi deyil.

“Sadəcə, bankomat bir qutudur və tutumu məhduddur. Təbii ki, xırda pullar tez bitir. Hər əskinas növü üçün ayrılmış bölməyə müəyyən sayda əskinas yerləşdirilə bilir. Məsələn, tutaq ki, hər kassetə 100 ədəd əskinas sığırsa, 100 manatlıq əskinaslarla bu, 10 min manat edir, 1 manatlıq əskinaslarla isə cəmi 100 manat. Buna görə də xırda əskinaslar daha tez tükənir, çünki insanlar onları daha çox çıxarırlar.

Banklar üçün də bu əskinasları tez-tez yenidən doldurmaq sərfəli deyil.

Bankomatın doldurulması həm vaxt aparır, həm də həmin müddətdə cihazın fəaliyyətinin müvəqqəti dayandırılmasını tələb edir”.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin