İyulun 23-dən etibarən 2026/2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılır.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Peşə təhsili almaq istəyən şəxslər 23 iyul–10 avqust tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçərək "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət edə bilərlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirmiş şəxslər üçün nəzərdə tutulub. Müraciətlərin qəbulu 10 avqust saat 18:00-da başa çatacaq.
2026/2027-ci tədris ili üzrə qəbul 78 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə ümumilikdə 33 120 plan yeri üçün aparılacaq. Plan yerlərinin 24 425-i dövlət sifarişli, 8 695-i isə ödənişli əsaslarla ayrılıb.
Elektron qeydiyyatdan keçmiş müraciətçilərin ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra onların ixtisas seçimləri sistem tərəfindən təsdiqlənəcək. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə attestatda göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçiriləcək. Müraciətçilər maksimum 5 ixtisas üzrə seçim edə bilərlər.
Müsabiqənin nəticələri iştirakçıların "Şəxsi kabinetim" bölməsində yerləşdiriləcək və eyni zamanda SMS vasitəsilə onlara təqdim olunacaq.
Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olunduqları peşə təhsili müəssisəsinə sənədlərinin əslini təqdim etmək üçün dəvət ediləcəklər.
Elektron qeydiyyat zamanı müraciətçilər şəxsiyyəti təsdiq edən sənədi və təhsil haqqında sənədi (attestat) sistemə təqdim etməlidirlər. Əlilliyi olan şəxslər əlilliyini təsdiq edən sənədi, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şəxslər isə bu statusu təsdiq edən müvafiq sənədi də elektron qaydada təqdim etməlidirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:11 / 23.07.2026
Peşə məktəblərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Bu gündən başlayır...
Hazırda oxunan: Peşə məktəblərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Bu gündən başlayır...
Hazırda oxunan: Peşə məktəblərinə qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ – Bu gündən başlayır...
627058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































