Bankdan 200 minlə çıxan şəxsi soydular - Anbaan video

Hazırda oxunan: Bankdan 200 minlə çıxan şəxsi soydular - Anbaan video

627064

Paytaxtın Nəsimi rayonu ərazisində törədilmiş soyğunçuluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən açılıb.

Bizim.Media xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elxan Alxanov, Əşrəf Alxanlı, Musa Məmiyev və Bəxtiyar Xudiyev saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmiş şəxslə birlikdə bankların birindən pul çıxarmağa gələn B.Xudiyev sonradan onun üzərində külli miqdarda pul olduğunu digər dəstə üzvlərinə xəbər verib.

Bundan sonra onlar zərərçəkmişə yaxınlaşaraq içərisində 200 min manat olan çantanı ələ keçirib hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin