Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi ərazisində yerləşən meyvə bağlarından birində qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Mahmudlu Kənan Natiq oğlu gənc sərinləmək məqsədilə suvarma hovuzuna daxil olub və bir müddət sonra gözdən itib.
Onunla eyni ərazidə çalışan şəxslər gənci tapa bilmədiklərindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 21 yaşlı gəncin meyiti suvarma hovuzundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
14:26 / 23.07.2026
Cəlilabadda FACİƏ – 21 yaşlı gənc həyatını itirdi
Hazırda oxunan: Cəlilabadda FACİƏ – 21 yaşlı gənc həyatını itirdi
Hazırda oxunan: Cəlilabadda FACİƏ – 21 yaşlı gənc həyatını itirdi
627044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































