Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"nda dəyişiklik edib.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.
Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.
Qeyd edək ki, Azərbaycanda işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:06 / 23.07.2026
Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK
Hazırda oxunan: Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK
Hazırda oxunan: Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK
627057
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































