Argentina Prezidenti: "Çox sağ olun, uşaqlar, sonadək mübarizə apardınız”

Hazırda oxunan: Argentina Prezidenti: "Çox sağ olun, uşaqlar, sonadək mübarizə apardınız”

626328

Argentina Prezidenti Xavyer Miley futbol üzrə milli komandanın dünya çempionatındakı çıxışını azarkeşlərlə qeyd etmək qərarına gələrsə, həmin günün ölkədə qeyri-iş günü elan olunacağını bildirib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
 

O qeyd edib ki, bayram tədbirlərinin keçiriləcəyi tarix futbolçular və məşqçilər korpusu tərəfindən müəyyənləşdirildikdən sonra həmin gün rəsmi istirahət günü elan ediləcək.


X.Miley DÇ-2026-nın finalından sonra Argentina millisinə də təşəkkür edib:

"Çox sağ olun, uşaqlar. Sonadək mübarizə apardınız. Argentina hər zaman zirvədədir".

Qeyd edək ki, yığma dünya çempionatının finalında əlavə vaxtda İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin