Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin Rusiyadakı həyatı ilə bağlı yeni məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, 2024-cü ilin sonunda hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Moskvaya sığınan Əsəd artıq siyasi fəaliyyət göstərmir və diqqətini uzun illər əvvəl tərk etdiyi peşəsinə – oftalmologiyaya (göz həkimliyinə) yönəldib.
Məlumata görə, Moskvada ailəsi ilə birlikdə qapalı və ciddi mühafizə olunan şəraitdə yaşayan keçmiş Suriya lideri rus dilini öyrənir, tibbi biliklərini yeniləyir və oftalmologiya üzrə dərslərdə iştirak edir.
Mənbələr bildirirlər ki, Əsəd siyasi gündəmdən tamamilə uzaqlaşıb və vaxtının böyük hissəsini tibb sahəsində biliklərini bərpa etməyə sərf edir.
Xatırladaq ki, Bəşər Əsəd peşəkar göz həkimidir. O, Dəməşq Universitetinin Tibb fakültəsini bitirib, daha sonra Böyük Britaniyada oftalmologiya üzrə təhsil alıb və həkim kimi fəaliyyət göstərib. Lakin 1994-cü ildə böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həlak olmasından sonra atası Hafiz Əsəd onu Suriyaya çağırıb və siyasi varis kimi hazırlamağa başlayıb. 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra isə Bəşər Əsəd prezident vəzifəsinə gətirilib.
Britaniya mediasında dərc olunan məlumatlarda da qeyd edilir ki, Əsəd ailəsi Moskvada Rusiyanın siyasi və iqtisadi elitasının yaşadığı prestijli məhəllələrdən birində yaşayır.
İddialara görə, keçmiş prezident ictimaiyyət qarşısına çıxmır, keçmiş rejim nümayəndələrinin əksəriyyəti ilə də əlaqə saxlamır və mümkün qədər diqqətdən kənarda qalmağa çalışır.
Bəşər Əsəd 2024-cü ilin dekabrında Suriyada silahlı müxalif qüvvələrin Dəməşqi nəzarətə götürməsindən sonra ölkəni tərk edərək Rusiyaya sığınıb. O, daha əvvəl verdiyi açıqlamada Rusiyanın koordinasiyası ilə əvvəlcə Latakiyadakı Hmeymim aviabazasına, daha sonra isə Moskvaya təxliyə olunduğunu bildirmişdi. (Mənbə: musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:20 / 20.07.2026
Rusiyaya qaçan Bəşər Əsəd görün orada nə işlə məşğulmuş
Hazırda oxunan: Rusiyaya qaçan Bəşər Əsəd görün orada nə işlə məşğulmuş
Hazırda oxunan: Rusiyaya qaçan Bəşər Əsəd görün orada nə işlə məşğulmuş
626293
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































