ABŞ Mərkəzi Komandanlığı 19 iyul tarixində, Şərqi Avropa vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 20 iyul, saat 06:00) İrana qarşı ardıcıl doqquzuncu hücumunu başa çatdırıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı komandanlıq açıqlama yayıb.
Bildirilir ki, hücum zamanı İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə və mülki dənizçilərə hücum etmək qabiliyyətini daha da azaltmaq üçün İranın hərbi komandanlıq mərkəzləri, hava hücumundan müdafiə və sahil müşahidə məntəqələri, dəniz imkanları, raket və pilotsuz təyyarələrin buraxılış məntəqələri və rabitə şəbəkələri hədəfə alınıb.
Bizim.Media






































































































