İordaniya İrana NOTA VERDİ

Hazırda oxunan: İordaniya İrana NOTA VERDİ

626273

İordaniyanın Xarici İşlər Nazirliyi ölkə ərazisinə davam edən hücumlarla əlaqədar Əmmandakı İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etiraz notası təqdim edib.

Bizim.Media xəbər verir ki, bunu İordaniya XİN-in rəsmi nümayəndəsi Fuad əl-Məcali bildirib.

Onun sözlərinə görə, İordaniya tərəfi müvəqqəti işlər vəkilindən Tehrana "krallığa qarşı hücumların dərhal dayandırılmasının zəruriliyi ilə bağlı aydın mesaj" çatdırmağı tələb edib. Xarici siyasət idarəsi vurğulayıb ki, İordaniyanın təhlükəsizliyi və vətəndaşlarının həyatı keçilməz "qırmızı xətt"dir.
 

Əl-Məcali qeyd edib ki, Əmman İranın hərəkətlərini pisləyir və bunu krallığın suverenliyinin, eləcə də beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirir.


Xatırladaq ki, bundan əvvəl İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin krallıq ərazisinə atılan dörd İran raketindən üçünü zərərsizləşdirdiyini açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin