Tramp Britaniyanı "yoxsul fəlakət" adlandırdı - FOTO

Hazırda oxunan: Tramp Britaniyanı "yoxsul fəlakət" adlandırdı - FOTO

626245

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın enerji siyasətini tənqid edərək ölkəni "yoxsul fəlakət" adlandırıb.

Bizim.Media xəbər verir ki, Tramp bildirib ki, Şotlandiyanın Aberdin şəhərinin sakinləri yeni baş nazir Endi Börnhemin Şimal dənizindəki neft yataqlarının işlənməsini genişləndirmək niyyətini dəstəkləyirlər.
 

Onun sözlərinə görə, Şimal dənizində dünyanın ən qiymətli neft ehtiyatlarından biri yerləşir və bu resurslardan istifadə Böyük Britaniyanı dünyanın ən varlı ölkələrindən birinə çevirə bilər.


ABŞ Prezidenti, həmçinin Böyük Britaniyanın Norveçdən neft almasını "məntiqsiz" adlandırıb və Aberdin yaxınlığında yerləşən külək elektrik stansiyalarını tənqid edib. Tramp həmin qurğuların şəhərin mənzərəsini korladığını iddia edərək onların sökülə biləcəyi ilə bağlı yayılan məlumatları müsbət qiymətləndirib.

Sonda o, "Biz səni sevirik, Şotlandiya!" ifadəsini işlədərək Şotlandiyaya dəstəyini nümayiş etdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin