Argentinanın bir əyalətində Suavesito adlı it qeyri-adi "peşəsi" ilə məşhurlaşıb. O, arıçılıqla məşğul olan sahiblərini hər gün arıxanaya müşayiət edir.
Bizim.Media xəbər verir ki, ailə artıq bir neçə nəsildir bal istehsalı ilə məşğuldur.
Sahiblərinin sözlərinə görə, it onlardan ayrılmaq istəmədiyi üçün daim pətəklərin yanına getməyə çalışırmış.
Belə gəzintilərdən biri zamanı Suavesitonu arılar sancıb. Bundan sonra ailə onu arıxanaya aparmağı qadağan etmək əvəzinə, onun üçün xüsusi qoruyucu kostyum tikdirib.
İndi Suavesito xüsusi mini arıçı geyimində sahibləri ilə birlikdə "işə gedir" və görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:40 / 19.07.2026
Bu it sosial şəbəkələrin sevimlisinə çevrildi - VİDEO
Hazırda oxunan: Bu it sosial şəbəkələrin sevimlisinə çevrildi - VİDEO
Hazırda oxunan: Bu it sosial şəbəkələrin sevimlisinə çevrildi - VİDEO
626244
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































