Dəmir yolu tikintisi zamanı 1740 illik Roma sikkəsi tapıldı

Hazırda oxunan: Dəmir yolu tikintisi zamanı 1740 illik Roma sikkəsi tapıldı

626243

Böyük Britaniyada Oksford və Kembric şəhərlərini birləşdirəcək yeni dəmir yolu xəttinin tikintisi zamanı aparılan arxeoloji qazıntılar zamanı qədim Roma dövrünə aid qiymətli tapıntılar aşkarlanıb.

Bizim.Media xəbər verir ki, arxeoloqlar ərazidə Roma sikkələri, keramika nümunələri, qədim yaşayış məskəninin və kənd təsərrüfatı fəaliyyətinin izlərini üzə çıxarıblar.

Ən diqqətçəkən tapıntı isə təxminən 1740 il yaşı olan, üzərində Roma imperatoru Karausinin (Carausius) adı həkk edilmiş nadir sikkə olub.

Tapıntının rəsmi dəyəri açıqlanmasa da, mütəxəssislər belə nadir nümunələrin hərraclarda yüksək məbləğə satıla biləcəyini bildirirlər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin