Kardioloqdan XƏBƏRDARLIQ: Futbol matçları zamanı infarkt riski artır - VİDEO

Hazırda oxunan: Kardioloqdan XƏBƏRDARLIQ: Futbol matçları zamanı infarkt riski artır - VİDEO

626242

Argentina kardioloqu Luis futbol matçlarının yaratdığı güclü emosional gərginliyin ürək-damar sistemi üçün risk yarada biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, matç zamanı təcili hallar nisbətən az müşahidə olunsa da, oyun başa çatdıqdan sonra xəstəxanalara ürəkdöyünmə, güclü sinə ağrısı, yüksək arterial təzyiq və müxtəlif ürək ritm pozğunluqları ilə müraciət edənlərin sayı artır.

Kardioloq qeyd edib ki, bu hallar birbaşa matç zamanı yaşanan güclü emosiyalar və həyəcanla əlaqədardır.

Mütəxəssis xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərə vacib oyunlar zamanı öz səhhətlərinə diqqət yetirməyi və narahatlıq yarandıqda gecikmədən həkimə müraciət etməyi tövsiyə edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin