Sabiq MKİ analitiki: Qərb liderləri Ukrayna ilə bağlı cəmiyyətə həqiqəti demir - VİDEO

Hazırda oxunan: Sabiq MKİ analitiki: Qərb liderləri Ukrayna ilə bağlı cəmiyyətə həqiqəti demir - VİDEO

626237

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq analitiki Larri Conson Avropa liderlərini Ukraynadakı vəziyyətlə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.

Bizim.Media xəbər verir ki, Conson bildirib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Tramp dəfələrlə Ukraynanın vəziyyəti ilə bağlı həqiqətə uyğun olmayan açıqlamalar veriblər.

Onun sözlərinə görə, bu cür bəyanatlar cəmiyyətin hakimiyyətə etimadının azalmasına səbəb olur.

Müsahibə zamanı aparıcı Denni Devis də Kir Starmerin Ukraynanın müharibədə qalib gəldiyini deməsini tənqid edərək, bu fikrin reallığı əks etdirmədiyini bildirib.

Qeyd edək ki, Larri Consonun səsləndirdiyi fikirlər onun şəxsi mövqeyidir və bu iddialarla bağlı adı çəkilən liderlər tərəfindən hər hansı rəsmi münasibət bildirilməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin