2 şəxs doğulduqları xəstəxanada dəyişik salınıb: 36 il sonra təsadüfən öyrəniblər

Hazırda oxunan: 2 şəxs doğulduqları xəstəxanada dəyişik salınıb: 36 il sonra təsadüfən öyrəniblər

626222

Kayl Baylin (fotoda solda) və Ceremi Morrison 1988-ci ildə ABŞ-da, Şimali Dakotadakı bir xəstəxanada eyni gündə doğulublar, lakin hər ikisini başqa ailələr evinə aparıb. Onilliklər ərzində heç kimin bundan şübhəsi olmayıb.

Bizim.Media  xəbər verir ki, hər şey Kayla Milad bayramında hədiyyə edilən ev şəraitində istifadə oluna bilən DNT testi nəticəsində ortaya çıxıb.

Testin nəticələri onu bioloji qohumlarına yönəldib, sonrakı yoxlamalar isə inanılmaz faktı təsdiqləyib: kişilər doğulduqdan sonra dəyişik salınıblar.

Yalnız indi həmin şəxslər xəstəxananı məhkəməyə veriblər və öz bioloji ailələri ilə tanış olmağa başlayıblar. Bununla yanaşı, onlar hələlik şəxsən görüşməyiblər, yalnız telefonla danışıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin