Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

Hazırda oxunan: Zelenski: Sabah Ukrayna üçün həlledici danışıqlar aparacağam - VİDEO

626221

Ukrayna Prezidenti Volodimir Zelenski sabah mühüm danışıqlar keçirəcəyini və Ukraynanın qarşıya qoyduğu məqsədlərə mütləq nail olacağını bildirib.

Bizim.Media  xəbər verir ki, Prezident xatırladıb ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Mixail Drapatı, Baş Qərargah rəisinin müavini Volodimir Qorbatyuk və Desant-Hücum Qoşunlarının komandanı Oleq Apostol ilə görüşlər keçirib.
 

Zelenskinin sözlərinə görə, görüşlərdə Ukraynanın gələcək strategiyası, ölkənin aktiv hərbi fəaliyyətinin davam etdirilməsi, eləcə də Rusiyanı Ukrayna üçün ləyaqətli sülh və etibarlı təhlükəsizlik zəmanətləri ilə müharibəni başa çatdırmağa məcbur etməyin yolları müzakirə olunub.


O qeyd edib ki, bu məsələlər üzrə Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandirlərinin mövqeyini eşitmək onun üçün mühüm əhəmiyyət daşıyır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin