"Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

Hazırda oxunan: "Madyar": Kerç bərə keçidinin imkanlarının 75 faizi sıradan çıxarılıb - FOTO

626214

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemlər bölməsinin komandanı, "Madyar" ləqəbli Robert Brovdi Kerç bərə keçidinin daşıma imkanlarının 75 faizinin sıradan çıxarıldığını iddia edib.

Bizim.Media  xəbər verir ki, onun sözlərinə görə, əməliyyata qədər keçidə beş bərə xidmət göstərirdi.
 

Hazırda "Yeysk" və SKS One bərələrinin məhv edildiyi və bərpasının mümkün olmadığı, "Mariya" bərəsinin isə sıradan çıxarıldığı və yenidən istismara qaytarılmayacağı bildirilir.


"Madyar"ın iddiasına əsasən, "Lavrentiy" və "Panagiya" bərələri zərbələrdən sonra yalnız özüyeriməyən barjalar kimi istifadə olunur ki, bu da onların daşıma imkanlarını təxminən iki dəfə azaldıb.

O bildirib ki, hücumlardan əvvəl dörd bərə sutka ərzində 180-250 nəqliyyat vasitəsi daşıya bilirdi və daşımaların təxminən 80 faizi Rusiya Müdafiə Nazirliyinin ehtiyaclarına xidmət edirdi.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin