Ukrayna Qara dənizdə Rusiyanın daha 4 gəmisini vurdu

Hazırda oxunan: Ukrayna Qara dənizdə Rusiyanın daha 4 gəmisini vurdu

626168

İyulun 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin (PSK) bölmələri Rusiyanın «kölgə donanması» ilə əlaqəli olan 4 gəmini — 2 tanker, bir yük gəmisi və bir üzən kranı vurub.

Bizim.Media xəbər verir ki, bu barədə PSK komandiri Robert Brovdi («Madyar») bildirib.

Onun sözlərinə görə, ümumilikdə iyulun 1-dən bəri Azov və Qara dəniz akvatoriyalarında 176 gəmi vurulub.

İyulun 18-də Brovdi Rusiyanın «kölgə donanması» ilə əlaqəli 13 gəminin vurulduğunu açıqlamışdı. Onlardan 12-si Qara dənizdə, 1-i isə Azov dənizində olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin