Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib - FOTO

Hazırda oxunan: Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib - FOTO

626154

Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan dəyib.

Bizim.Media xəbər verir ki, binadan 200-250 metr məsafəyə, "Lukyanovka" metro stansiyasının qarşısına düşən raketin zərbəsindən səfirliyin binasında şüşələr sınıb, tavandan çatlar əmələ gəlib.

Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.

Qeyd edək ki, müharibə dövründə Kiyevə edilən hava hücumları zamanı səfirliyimizin inzibati binasına bir neçə dəfə ziyan dəyib. (Azərtac)












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin