Qriqori Karasin: Wildberries-ə edilən hücumun cavabı sərt olacaq

Hazırda oxunan: Qriqori Karasin: Wildberries-ə edilən hücumun cavabı sərt olacaq

626144

Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Wildberries" logistika mərkəzlərinə endirdiyi zərbələrə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, Karasin öz "Telegram" kanalında hadisəni sərt tənqid edib:
"Belə zərbələri qiymətləndirmək üçün ağıla müxtəlif sözlər və epitetlər gəlir. Mən yalnız biri ilə kifayətlənəcəyəm – rüsvayçılıq!"

Senator Kiyev hakimiyyətinin hərəkətlərini "əxlaqsızlıq" adlandıraraq, məktəblər, yaşayış binaları və tarixi abidələrdən sonra növbənin logistika mərkəzlərinə çatdığını vurğulayıb:
 

“Ukrayna dronlarla məqsədli şəkildə sosial əhəmiyyətli obyektləri vurur. Bu, əhalidə çaşqınlıq yaratmaq üçün edilir".


Karasin cavabın çox gecikməyəcəyini və çox sərt olacağını bildirib.

Xatırladaq ki, iyulun 18-də "Wildberries" şirkətinin Kotovsk (Tambov vilayəti) və Elektrostaldakı (Moskva vilayəti) logistika kompleksləri PUA hücumuna məruz qalıb. Bundan əlavə, Moskva bölgəsində PUA-nın düşməsi nəticəsində Noqinskdəki neft bazasında da yanğın baş verib. Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı terror aktı maddəsi ilə cinayət işləri qaldırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin