Dünyanın ən gözəl sözü seçildi: Maori dilindən "Kaitiakitanga"

Hazırda oxunan: Dünyanın ən gözəl sözü seçildi: Maori dilindən "Kaitiakitanga"

626132

Dil öyrənmə platforması olan "Babbel" tərəfindən təşkil edilən beynəlxalq müsabiqədə dünyanın ən gözəl sözü müəyyən edilib. Ekspertlər və dilçilər tərəfindən aparılan dəyərləndirmələr nəticəsində Yeni Zelandiyanın yerli maori dilinə aid olan "Kaitiakitanga" sözü qalib gəlib.

Bizim.Media xəbər verir ki, müsabiqə çərçivəsində 75-dən çox dildən 223 söz qiymətləndirilib. Seçim zamanı sözlərin səslənməsi, məna dərinliyi, nadirliyi və müasir dünyaya uyğunluğu əsas meyarlar kimi götürülüb.

"Kaitiakitanga" nə deməkdir?
 

Bu söz maori dünyagörüşündə təbiətə qarşı məsuliyyəti, "qəyyumluq" və ya "hamilik" funksiyasını ifadə edir. Sözün seçilməsində onun sadəcə bir dil vahidi deyil, insanın təbiətin sahibi deyil, onun bir parçası olması və ətraf mühiti gələcək nəsillər üçün qoruyub saxlamaq borcunu xatırladan dərin fəlsəfi mənası həlledici rol oynayıb.


Qeyd edək ki, final mərhələsinə yapon dilindən "Ikigai", portuqal dilindən "Saudade" və uels dilindən "Hiraeth" kimi dünyada məşhur olan digər ifadələr də çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin