Rusiya Kiyevə çoxlu sayda ballistik raket atdı - FOTO-VİDEO

Hazırda oxunan: Rusiya Kiyevə çoxlu sayda ballistik raket atdı - FOTO-VİDEO

626124

Rusiya ordusu paytaxt Kiyevə və ətraf rayonlara ümumilikdə 35-40-a yaxın raket atıb.

Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, bu, müharibə başlayandan bəri atılan ən çox ballistik raket sayıdır. Raketlər eyni vaxtda 3 istiqamətdən uçub.

Hücumda S-400, İsgəndər-M və Zirkon raketlərindən istifadə olunub.

Kliçkonun verdiyi məlumata görə, Solomenski rayonunda çoxmərtəbəli yaşayış binasına zərbə endirilib.

Şevçenko rayonunda qırıntıların düşməsi nəticəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Təcili yardım xidmətləri hadisə yerinə yollanır.

Dnepr rayonunda ticarət mərkəzi (TRC) və avtomobillər yanır. Təcili yardım xidmətləri hadisə yerlərinə gedir.

Svyatoşin rayonunda fərdi yaşayış evi yanır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin