Çexiyada da məktəblərdə mobil telefon istifadəsi qadağan ediləcək

Hazırda oxunan: Çexiyada da məktəblərdə mobil telefon istifadəsi qadağan ediləcək

626122

Çexiya məktəblərində mobil telefonların istifadəsini qadağan edəcək qanun layihəsi hazırlanır.

Bizim.Media Çexiya mətbuatına istinadən xəbər verir ki, Baş nazir Andrey Babiş və Təhsil naziri Robert Plaqa tərəfindən hazırlanan qanun layihəsi bağçalarda, ibtidai məktəblərdə, orta məktəblərdə və çoxillik liseylərdə mobil telefonların və digər elektron rabitə cihazlarının istifadəsini qadağan edəcək.

Qaydanın fasilələri və dərsdənkənar proqramları da əhatə edəcəyi bildirilir.

Uşaq Hüquqları üzrə Ombudsman Martin Benes təklifə qarşı çıxıb və məktəblərin telefon istifadəsini öz daxili qaydaları çərçivəsində tənzimləmək səlahiyyətinə malik olduğunu iddia edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin