İspaniyada meşə yanğınları: Minlərlə hektar ərazi külə döndü - VİDEO

Hazırda oxunan: İspaniyada meşə yanğınları: Minlərlə hektar ərazi külə döndü - VİDEO

626121

İspaniyanın şimal-şərqində yerləşən Saraqosada meşə yanğınları nəticəsində 12 min hektar ərazi külə dönüb.

Bizim.Media  xəbər verir ki, İspaniya dövlət televiziyası RTVE Saraqosa yaxınlığında baş verən meşə yanğınını ilin ən böyük yanğını adlandırıb.

RTVE yanğın səbəbindən ərazidən 1000-dən çox insanın təxliyə edildiyini bildirib.

Yanğından zərər çəkmiş ərazidəki yolların hələ də bağlı olduğu qeyd olunub.

İspaniyanın Qvadalaxara bölgəsindəki La Mierlada baş verən meşə yanğın nəticəsində isə təxminən 5400 hektar əraziyə ziyan dəyib.

Yüzlərlə yanğınsöndürən ölkənin müxtəlif yerlərində davam edən meşə yanğınları ilə mübarizə aparır.

İspaniya Meteorologiya İnstitutu ölkəyə yeni isti dalğasının təsir edəcəyi və bəzi ərazilərdə temperaturun 45 dərəcəyə çatacağı barədə xəbərdarlıq edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin