İranla müharibədə ABŞ-ın neçə hərbçisi ölüb? - Trampdan AÇIQLAMA

Hazırda oxunan: İranla müharibədə ABŞ-ın neçə hərbçisi ölüb? - Trampdan AÇIQLAMA

626119

ABŞ Vyetnam və Əfqanıstandakı ilə müqayisədə İranla müharibədə daha az itki verir.

Bizim.Media  xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.

"Heç Vyetnamda neçə nəfərin öldüyünü bilirsiniz? Heç soruşmusuz ki, bir gündə Əfqanıstanda neçə nəfər ölüb?", - deyə o qeyd edib.

Amerika lideri ABŞ Mərkəzi Komandanlığının açıqladığı məlumatla bağlı bildirib ki, İordaniyada iki amerikalı hərbçi İranın hücumunu dəf edərkən həlak olub. Əsgərlərdən biri hələ də itkindir, dördü xəstəxanaya yerləşdirilib, bir neçə nəfər isə yüngül xəsarət alıb.

“Associated Press”-in hesablamalarına görə, ABŞ ilə İran arasında münaqişə başlayandan bəri 16 amerikalı hərbçi həlak olub, 450-dən çoxu yaralanıb.

Vyetnamda 58 mindən, Əfqanıstanda isə 2 min 400-dən çox amerikalı həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin