Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

Hazırda oxunan: Belçikada anomal istilər insanların vaxtından əvvəl ölümünə SƏBƏB OLDU

626081

Belçikada iyunun sonu və iyulun əvvəlində müşahidə olunan anomal isti hava dalğası zamanı proqnozlaşdırılandan təxminən 2 000 nəfər daha çox ölüm faktı qeydə alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin "Sciensano" İctimai Səhiyyə İnstitutunun yenilənmiş hesabatına istinadən "The Brussels Times" qəzeti məlumat yayıb.

Yenidən baxılmış rəsmi rəqəmlər ölkədə normadan artıq ölüm göstəricisinin 48% təşkil etdiyini göstərib. Bu isə ötən həftə qeydə alınmış 1747 ölüm halı ilə müqayisədə xeyli yüksəkdir.

"Sciensano" İnstitutu statistikadakı bu kəskin artımı iki əsas faktorla əsaslandırıb. Belə ki, bəzi ölüm faktlarının qeydiyyatı sistemə gecikmə ilə daxil olub.

Bundan başqa, institut təhlil müddətini daha iki gün uzadıb və məlum olub ki, anomal istilərin başa çatmasından sonrakı dördüncü və beşinci günlərdə də ölüm göstəricisi gözləniləndən əhəmiyyətli dərəcədə yüksək qalıb.

Qeyd edək ki, təqdim olunan bu yenilənmiş rəsmi statistika iyunun 18-dən iyulun 3-nə qədər olan dövrü əhatə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin