Livan Prezidenti Cozef Aun ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona uçub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" telekanalı yayıb.
Bildirilir ki, Ağ Evdə iki ölkə lideri arasında ikitərəfli sammit keçiriləcək. Yüksək səviyyəli görüşdə Livandakı mövcud vəziyyət, atəşkəs rejiminin gücləndirilməsi, bütövlükdə ölkədə, xüsusilə də cənub bölgəsində təhlükəsizlik və sabitliyin bərpası yolları müzakirə olunacaq.
Bununla yanaşı, İsrail qoşunlarının işğal olunmuş Livan ərazilərindən çıxarılması və dövlət suverenliyinin ölkənin bütün ərazilərində təmin edilməsi məsələləri də danışıqların əsas mövzusu olacaq.
Bizim.Media



































































































