Küveytin Silahlı Qüvvələri sübh tezdən etibarən ölkənin hava məkanında ballistik raketlər və pilotsuz uçuş aparatları qeydə alır.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi polkovnik Səud Əbdüləziz əl-Atvan məlumat verib.
Onun sözlərinə görə, raketlər zərərsizləşdirilib.
"İranın hücumları hərbi və təhlükəsizlik obyektlərinə, həmçinin neft, enerji və su infrastrukturuna yönəlib. Bir sıra obyektlərdə yanğınlar olub, əhəmiyyətli dərəcədə maddi ziyan dəyib.
Yanğınların söndürülməsi və bərpa işləri zamanı yanğınsöndürmə xidmətinin bir neçə əməkdaşı və neft sektorunun işçiləri xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilir", - əl-Atvan deyib.
Raketlərin zərərsizləşdirilməsi nəticəsində qalıqlar bir neçə yerə, o cümlədən yaşayış rayonlarına düşərək maddi ziyan vurub.
Əhali arasında xəsarət alan yoxdur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:07 / 18.07.2026
İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR
Hazırda oxunan: İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR
Hazırda oxunan: İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR
626045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































