Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

Hazırda oxunan: Venesueladakı zəlzələdə ölənlərin sayı ARTDI

626024

Venesueladakı zəlzələ nəticəsində ölənlərin sayı 139 nəfər artaraq 5069-a çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez sosial mediada zəlzələlərlə bağlı açıqlamasında qeyd edib.

Yaralıların sayının 16740 olduğu bildirilib.

Rodrigez axtarış və xilasetmə işlərinə mane olmaması və yardımların yalnız təyin olunmuş toplama məntəqələrinə çatdırılması üçün vətəndaşlardan ən çox itki və zərərin baş verdiyi La Guairaya şəxsi nəqliyyat vasitələri ilə səyahət etməkdən çəkinmələrini istəyib.

Yerli medianın məlumatına görə, milli və beynəlxalq hava nəqliyyatı üçün həyati əhəmiyyətli mərkəz olan Maiquetia Simon Bolivar Beynəlxalq Hava Limanı zəlzələnin vurduğu ziyana görə hələ də açılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin