Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

Hazırda oxunan: Zelenskidən növbəti təyinat: Aleksandr Poklad UTX-nin rəhbəri oldu

625968

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbərinin birinci müavini Aleksandr Pokladın xidmətin müvəqqəti rəhbəri təyin edən fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

A.Poklad 2023-cü ildən 2026-cı ilə qədər UTX rəhbərinin müavini, ondan əvvəl isə Ukrayna Əks-kəşfiyyat Departamentinin rəisi vəzifəsində çalışıb.

O, bu postda UTX-nin rəhbəri vəzifələrini icra edən və ötən gün müvəqqəti müdafiə naziri təyin edilən Yevgeni Xmaranı əvəz edib.

Ondan əvvəl isə müdafiə naziri vəzifəsini bu yaxınlarda istefaya göndərilən Mixail Fyodorov tuturdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin