İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

Hazırda oxunan: İrandan ABŞ-yə raket ittihamı: Xark adasında tanker vuruldu

625959

ABŞ hərbçiləri Xark adası yaxınlığında yerləşən “Belma” tankerinə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın cənubundakı Buşəhr vilayətinin qubernator müavini Ehsan Cahaniyan bəyanat yayıb.

Onun sözlərinə görə, gəmi ABŞ-nin iki raketi ilə hücuma məruz qalıb, lakin zərbə anında tanker boş olub və yanalma körpüsündə dayanıb.

“Belma” tankerinə yenidən ABŞ-nin iki raketi ilə hücum edilib. Gəmi yüklənməmişdi və Xark adası yaxınlığında idi”, — deyə Cahaniyan İranın IRNA agentliyinə müsahibəsində bəyan edib.

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 8-dən bəri İrandakı obyektlərə qarşı bir sıra zərbələr endirdiyini açıqlamışdı.

ABŞ tərəfi bu addımların İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı hücumlarına cavab olaraq atıldığını iddia edib.

İran hərbçiləri isə öz növbəsində Yaxın Şərqin bir neçə ölkəsində yerləşən ABŞ hərbi obyektlərinə cavab zərbələri endirdiklərini bəyan ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin