Rusiya xarici işlər naziri Sergey Lavrov Alyaska sammitində Rusiyanın guya ABŞ Prezidenti Donald Trampın Ukrayna məsələsi ilə bağlı təkliflərini rədd etdiyini iddia edən məqaləyə görə “The Washington Times” nəşrinin jurnalistlərini “vicdansız” adlandırıb.
Bizim.Media xəbər verir ki, diplomatın bu sözlərini “RİA Novosti” agentliyi sitata gətirib.
Lavrovun sözlərinə görə, məqalədə iddia olunur ki, Moskva Ukrayna üzrə danışıqlarda vicdanla iştirak etmək şərtilə Trampın təşəbbüsləri ilə razılaşsaydı, sanksiyaların yumşaldılması və ABŞ ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanını qazana bilərdi.
“Bu jurnalistlərdə ümumiyyətlə vicdan yoxdur”, - deyə Lavrov mətbuat konfransında bəyan edib.
XİN rəhbəri vurğulayıb ki, faktiki vəziyyət mediada təqdim olunandan köklü surətdə fərqlənir. O qeyd edib ki, Rusiya ABŞ prezidentinin təkliflərini rədd etməyib.
“Biz (Trampın təşəbbüslərini – red.) qəbul etdik”, - deyə nazir əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:15 / 17.07.2026
Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı
Hazırda oxunan: Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı
Hazırda oxunan: Lavrov “The Washington Times”ın jurnalistlərini “vicdansız” adlandırdı
625957
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































