SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

Hazırda oxunan: SEPAH: “Hörmüzdən bir damla belə neft keçməyəcək”

625835

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin ölkə ərazisinə zərbələri dayandırılmayana qədər Hörmüz boğazından heç bir həcmdə neft və qazın keçməsinə icazə verilməyəcəyini bəyan edib.

Bizim.Media nə İranın "Tasnim" agentliyinə istinadla verir ki, bu barədə məlumatı SEPAH-ın mətbuat xidməti yayıb.

Rəsmi bəyanatda strateji boğazın tamamilə İranın nəzarətində olduğu vurğulanıb:
 

"Hörmüz boğazı üzərində tam nəzarət hələ də bizim cəsur döyüşçülərimizin əlindədir və ABŞ-nin hərbi kampaniyası davam etdiyi müddətdə bu bölgədən bir damla belə neft və qaz ixrac edilməyəcək".


Qeyd edək ki, ABŞ və İran arasında silahlı qarşıdurma bu il iyulun 8-dən etibarən yenidən alovlanıb. SEPAH-ın bu addımı qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb, çünki Hörmüz boğazı dünyada neft daşımalarının təxminən beşdə birinin reallaşdığı ən mühüm dəniz keçididir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin