Amerika hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.
Bizim.Media xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"Bu gün Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə saat 05:40 - red.) ABŞ Mərkəzi Komandanlığı İrana sonuncu böyük zərbə dalğasını tamamlayıb.
ABŞ Silahlı Qüvvələri sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla İranın onlarla hərbi obyektinə zərbələr endirdi", - paylaşımda bildirilir.
Əməliyyatda qırıcı təyyarələr, dronlar, hərbi gəmilər və yüksək dəqiqlikli sursatlardan istifadə edilib.
“Fars” agentliyinin məlumatına görə isə ABŞ-nin Bəndər Xomeyniyə hücumu nəticəsində yeddi nəfər ölüb, daha doqquz nəfər yaralanıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:26 / 17.07.2026
ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO
Hazırda oxunan: ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO
Hazırda oxunan: ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO
625787
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































