Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

Hazırda oxunan: Dəhşətli virus YAYILIR – Ölənlərin sayı 800 nəfərə ÇATDI

625729

Konqo Demokratik Respublikasında (KDR) yayılan Ebola epidemiyası ağır fəsadlar törətməkdə davam edir.

Bizim.Media xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “X” sosial şəbəkə hesabında yaydığı açıqlamada ölkədə virusdan ölənlərin sayının 796 nəfərə çatdığını bildirib.

ÜST-nin son hesabatına əsasən, indiyədək ölkə üzrə ümumilikdə 2073 Ebola yoluxması qeydə alınıb. Onlardan 796-sı ölümlə nəticələnib.

Eyni zamanda, iyulun 13-də virusun daha iki əyalətə yayıldığı təsdiqlənib ki, bu da epidemiyanın coğrafiyasının genişləndiyini göstərir.
 

Xatırladaq ki, ÜST mayın 17-də Konqo Demokratik Respublikası və qonşu Uqandada müşahidə olunan Ebola epidemiyasını qlobal səhiyyə sahəsində fövqəladə vəziyyət elan etmişdi.


Hazırda ən ciddi problemlərdən biri sürətlə yayılan "Bundibuqio" ştamına qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulunun olmamasıdır. Bu səbəbdən xəstələrə əsasən simptomların yüngülləşdirilməsinə yönəlmiş palliativ tibbi yardım göstərilir.

Müalicə çərçivəsində xəstələr təcrid olunur, orqanizmin maye balansı qorunur və ağrıların azaldılması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, bundan əvvəl Afrikada yayılmış bu təhlükəli Ebola ştamına qarşı dünyada ilk peyvənd sınaqlarının başladığı barədə məlumat yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin