50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

Hazırda oxunan: 50 ildən sonra İLK DƏFƏ - Britaniya ballistik raket istehsalına başlayır

625717

Böyük Britaniya həm Ukraynaya dəstək olmaq, həm də Avropanın Amerika silahlarından asılılığını azaltmaq məqsədilə ballistik raket hazırlamaq üçün bir neçə şirkətlə müqavilə imzalayıb.

Bizim.Media Bloomberg-ə istinadən xəbər verir ki, Britaniya Müdafiə Nazirliyi işlənmə prosesini sürətləndirmək və silahı 2027-ci ildə ukraynalılara təhvil vermək üçün texniki xüsusiyyətləri sadələşdirib.

"Nightfall" adlanan proqramda iştirak edən müdafiə şirkətləri raketlərin istehsalı üçün müqavilə almamışdan əvvəl uğurlu sınaqlar keçirməlidirlər.

İlkin olaraq "Nightfall" layihəsi 600 km-dən çox uçuş məsafəsini, 300 kq ağırlığında döyüş başlığını və döyüş başlığı, buraxılış qurğusu və tədqiqat xərcləri istisna olmaqla 674 min dollardan aşağı qiyməti nəzərdə tuturdu.

Sənaye nümayəndələrinin rəylərindən sonra uçuş məsafəsi tələbi 500 km-ə, döyüş başlığının kütləsi 200 kq-a endirilib, raketin maksimum qiyməti isə təxminən 1 milyon dollar səviyyəsində müəyyən edilib.

Silah həmçinin bir neçə raketlə sürətli ardıcıl atəş aça bilən müxtəlif nəqliyyat vasitələrindən buraxılmaq üçün uyğun olmalıdır. Bundan əlavə, sistemlər döyüş meydanında elektromaqnit maneələri şəraitində işləməli və minimal xarici ixrac nəzarəti ilə ayda 10 ədəd istehsal edilə biləcək qədər sadə olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin