Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

Hazırda oxunan: Sırski-Fyodorov qarşıdurmasına Zelenskidən REAKSİYA - VİDEO

625701

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hərbi rəhbərliklə Müdafiə Nazirliyi arasındakı qarşılıqlı fəaliyyətdə problemlər "müxtəlif səviyyələrdə" mövcuddur və bu, yalnız Mixail Fyodorov ilə Aleksandr Sırski arasındakı şəxsi münaqişə ilə məhdudlaşmır.

Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yazıb.

Müdafiə Nazirliyi ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı arasındakı münaqişəni ilk dəfə ictimaiyyət qarşısında şərh edən Zelenski qeyd edib:

"Mən çox istərdim ki, birlik olsun. Tərəflər bunu tapa bilmədilər. Və bu, təkcə tərəflərin deyil, həm də mənim problemimdir... Elə ola bilməz ki, kimsə tək qalib gəlsin, kimsə isə tək cavabdeh olsun. Biz birlikdə qalib gəlirik və birlikdə cavabdehlik daşıyırıq".

Xatırladaq ki, Ukraynanın müdafiə naziri Mixail Fyodorov dünən vəzifəsindən istefa verdiyini rəsmən elan edib. Ukrayna KİV-in yazdığına görə, nazirin gedişinin əsas səbəbi Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski ilə sistemli fikir ayrılıqları və koordinasiya problemləridir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin